Menyu

Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar

Operativ Media
Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Operativ Media xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.

Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçiriblər.

Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Yeni kompleks şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir. Bu infrastrukturun gələcəkdə Xankəndi sakinlərinin ictimai nəqliyyatdan daha rahat istifadəsinə imkan verəcəyi gözlənilir.

Diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti Bərdə–Ağdam dəmir yolunun davamıdır və uzunluğu 28 kilometrdir. Xətt boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi dəmir yolu və avtovağzal kompleksinin, eləcə də digər zəruri infrastrukturun yaradılması planlaşdırılır. Dəmir yolu xətti üzrə layihələndirmə işləri başa çatdırılıb və layihənin 2025–2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulub.

İki günlük səfər çərçivəsində diplomatlar Xankəndi ilə yanaşı, Şuşa, Ağdərə və Kəlbəcərə də gedəcəklər. Onlar azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən tədbirlərlə yerində tanış olacaqlar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər