Menyu

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub - YENİLƏNİB

Operativ Media
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub - YENİLƏNİB

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki ölkənin və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb. İkitərəfli və regional enerji gündəliyində duran məsələlərin cari vəziyyəti nəzərdən keçirilib. Azərbaycan-Türkiyə Enerji Forumu enerji tərəfdaşlığını davamlı inkişaf etdirən və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirən mühüm platforma kimi dəyərləndirilib.

Qlobal enerji arxitekturasında baş verən dəyişikliklər və elektrikləşmənin sürətlənməsi fonunda artan enerji tələbatının elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini artırdığı bildirilib. Bu kontekstdə Naxçıvan və Gürcüstan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantılarının və yaşıl enerji dəhlizlərinin inkişafı, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Türkiyənin bu ilin noyabrında COP31-ə ev sahibliyi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. COP31-in “Enerji və Nəqliyyat Günü” çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin davam etdirilməsi imkanları nəzərdən keçirilib. Elektrik enerjisi bağlantıları və yaşıl enerji dəhlizləri üzrə birgə layihələrin COP31-in təmiz enerji keçidi və elektrikləşmə prioritetləri ilə uzlaşdığı vurğulanıb. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində qazandığı təcrübəni bölüşərək COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.



***
11:54

Azərbaycan energetika naziri Pərviz Şahbazov Bakıda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə strategiya müttəfiqliyini və enerji gündəliyini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

"Rəqəmsallaşma və elektrikləşmə kimi qlobal trendlərə uyğun elektrik enerjisi üzrə gücləndirməyin vacibliyini vurğuladıq. Naxçıvan və Gürcüstanın elektrik enerjisi bağlantıları , yaşil enerji dəhlizləri , o cümlədən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə qiymətləndirmək. COP29 -un enerji təşəbbüsləri, COP31 -də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və qardaş Türkiyəyə dəstək verdik", - paylaşımda qeyd edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər