Tibo Kurtua “Real”la müqaviləsini uzadacaq
“Real Madrid”in qapıçısı Tibo Kurtua klubla müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
34 yaşlı belçikalının hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Yeni anlaşmanın müddəti ən azı daha bir mövsüm olacaq və 2028-ci ilin yayına qədər qüvvədə qalacaq.
Kurtua 2018-ci ilin yayından “Real Madrid”in formasını geyinir. O, Madrid klubunun heyətində bütün turnirlərdə 338 oyuna çıxıb və bu matçların 130-da qapısını toxunulmaz saxlayıb.
Belçikalı qapıçı “Real Madrid”lə üç dəfə İspaniya çempionu olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, üç dəfə İspaniya Superkubokunu və UEFA Superkubokunu qazanıb.
Kurtua İspaniya Kuboku, Klublararası Dünya Kuboku və Qitələrarası Kubokda isə bir dəfə çempionluq yaşayıb.
dəqiqələr içində saytın olsun.