Menyu

Akim Zedadka: Hesab bir az ağır oldu

Operativ Media
Akim Zedadka: Hesab bir az ağır oldu

“0:4 hesabı bir az ağır oldu, amma futbol budur”.

Operativ Media xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Akim Zedadka “Anewz TV”yə açıqlamasında deyib.

Fransalı müdafiəçi UEFA Çempionlar Liqasındakı ilk oyunlarının nəticəsindən məyus olduqlarını bildirib:

“Əksər futbolçularımız, eləcə də klubumuz üçün bu, UEFA Çempionlar Liqasındakı ilk oyun idi. Əlbəttə, nəticəyə görə bir qədər məyusuq. Çünki düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik. 0:4 hesabı bir az ağır oldu, amma futbol budur”.

Zedadka qarşıda onları daha yeddi oyunun gözlədiyini vurğulayıb:

“Bununla belə, bu gün xoşbəxtik. Mən şəxsən çox xoşbəxtəm. Dünyanın ən yaxşı stadionlarından birini gördüm. Qarşıda bizi daha yeddi oyun gözləyir və ümid edirik ki, həmin matçlarda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər