Menyu

Azərbaycan və İran İslam Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran İslam Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

 " Oerativ Media" xəbər verir ki, 14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər:

"Azərbaycan İran İslam Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı olub"

Əlaqəli Xəbərlər