Menyu

Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib

Redaksiya
Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib.

"Operativ Media" xəbər verir ki, Nikol Paşinyan Ermənistanda demokratik islahatların həyata keçirilməsində ABŞ administrasiyasının köməyini yüksək qiymətləndirib və əlavə edib ki, bu gündəliyin həyata keçirilməsi Ermənistan hökuməti üçün strategiya və prioritetdir. Paşinyan ABŞ-ın regionda sabitlik və sülhün bərqərar olması üçün səylərini də vurğulayıb.

 Erika Olson ABŞ-ın Ermənistanda demokratik islahatların həyata keçirilməsi istiqamətində səmərəli əməkdaşlığı davam etdirəcəyini və ölkəsinin hökumətinin Ermənistanla, o cümlədən iqtisadi sahədə əlaqələrin daim inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Teqlər:

"Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib"

Əlaqəli Xəbərlər