Paşinyan: Azərbaycan enerji və logistika qovşağına çevrilib
Redaksiya
"Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Ancaq bu vəziyyətin həm riskləri, həm də imkanları var. Biz riskləri demək olar ki, hər gün görürük"
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib.
"İmkanlar isə ola bilsin ki, Cənubi Qafqazın özü böyük bir kəsişmədir və burada Ermənistan və Gürcüstanın rolu heç də az əhəmiyyət kəsb etmir. Bu kontekstdə regionun sabitliyi və sülhü Qərblə Rusiya arasında konsensusa çevrilə bilər, çünki regionumuzda yenidən partlayış olarsa, enerji baxımından bu, həm Rusiya, həm də Qərb üçün problemə çevrilə bilər"-deyə o qeyd edib..
Teqlər:
"Paşinyan: Azərbaycan enerji və logistika qovşağına çevrilib"