Menyu

Rza Pəhləvi: "Tehran rejimi İran xalqının iradəsini təmsil etmir"

Redaksiya
Rza Pəhləvi: "Tehran rejimi İran xalqının iradəsini təmsil etmir"

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi dünən İsrailə səfər edib. 
"Operativ Media" xəbər verir ki, onun səfəri dünya mediasında gündəm olub. İsrailin Kəşfiyyat naziri Qila Qamliel özünün tviter səhifəsində paylaşım edərək bu sözləri dilə gətirib: "İranın Vəliəhdi Rza Pəhləvi, İsrailə xoş gəlmisiniz. Biz birlikdə İsrailin gələcək nəsilləri naminə xalqlar arasında əlaqələri yeniləyəcəyik”.

R.Pəhləvi səfər çərçivəsində Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb. O, eyni zamanda, Yad Vaşem Milli Holokost Memorial Muzeyində "Holokostu Anma Günü" şərəfinə təşkil edilən mərasimdə iştirak edib. 

R.Pəhləvi çıxışında Tehran rejiminin İran xalqının iradəsini təmsil etmədiyini qeyd edib: “Hazırkı İran rejimi Holokostu tanımadığından, mən millətim adından İsrailə dəstək göstərməyi şəxsən öz vəzifəm hesab edirəm. Holokost qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün burada həmvətənlərimi təmsil etmək mənim borcumdur”. R.Pəhləvi hər kəsi yəhudi millətinə və İsrail xalqına hörmət etməyə çağırıb.

Qeyd edək ki, İranın vəliəhdi Rza Pəhləvi indiyə qədər İsrailə səfər etmiş ən yüksək rütbəli iranlı hesab olunur.
 

Teqlər:

"Rza Pəhləvi: \"Tehran rejimi İran xalqının iradəsini təmsil etmir\""

Əlaqəli Xəbərlər