Menyu

DİN-nin xüsusi əməliyyatı nəticəsində İrana xidmət edən 20 nəfər tutulub

Nərmin Qocamanlı 5321 baxış
DİN-nin xüsusi əməliyyatı nəticəsində İrana xidmət edən 20 nəfər tutulub

Azərbaycanda din adı altında İran xüsusi xidmət orqanlarının tapşırığı əsasında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs ifşa edilib.

"Operativ Media" xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı 20-ə yaxın şəxsin bu cinayətkar qrupun üzvü olduğu və din adı altında başqa fəaliyyətlər göstərdiyi məlum olub.

Müəyyən edilib ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil ediblər.

Onların məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Teqlər:

"DİN-nin xüsusi əməliyyatı nəticəsində İrana xidmət edən 20 nəfər tutulub"

Əlaqəli Xəbərlər