"Mən Bakıya səfərə təhlükəsizlik, enerji və kənd təsərrüfatı sahələrini təmsil edən 30-a yaxın şirkətdən ibarət iqtisadi nümayəndə heyətinin başında gəlmişəm. Biz əməkdaşlığı genişləndirir, hər iki ölkənin iqtisadiyyatına və təhlükəsizliyinə töhfə veririk".
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen "Twitter"də bildirib.
Nazir qeyd edib ki, Azərbaycana səfərə gələn heyət bu günədək Azərbaycana səfər edən ən böyük rəsmi İsrail nümayəndə heyətidir.
"Bu, İsrail və Azərbaycan arasında münasibətlərdə yeni dövrdür", - nazir qeyd edib.