Holann Çempionlar Liqasında iki rekorda imza atıb
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının tarixində 60 qol həddinə ən sürətli və ən gənc yaşda çatan futbolçu olub.
Operativ Media xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb. Norveçli forvard turnirin liqa mərhələsinin II turunda PSJ ilə qarşılaşmada dubl edib. Görüş Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Haaland Çempionlar Liqasında 60-cı qolunu 60-cı matçında vuraraq turnir tarixində bu göstəriciyə ən sürətli çatan oyunçu olub. Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu 60 qola 80 oyunda imza atmışdı.
Bundan başqa, Haaland 60 qol həddinə çatan ən gənc futbolçu adına da sahib çıxıb. Norveçli hücumçu bu göstəriciyə 26 yaş 85 günlüyündə nail olub və Messini bir gün qabaqlayıb.
Haaland cari mövsümdə bütün turnirlərdə 9 oyunda meydana çıxıb və 10 qol vurub.