Menyu

PSJ – “Barselona” oyununun biletləri rekord qiymətə satılır

Operativ Media
PSJ – “Barselona” oyununun biletləri rekord qiymətə satılır
1 dəq oxu

PSJ-nin UEFA Çempionlar Liqasının çərşənbə axşamı “Barselona” ilə keçirəcəyi oyunun biletləri təkrar satışda 1300 avroya qədər yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Paris təmsilçisinin ev oyunlarını keçirdiyi “Park de Prens” stadionunda bütün biletlər satılıb. Təkrar satış platformalarında isə qiymətlər xeyli yüksəkdir.

Yuxarı tribunalar üçün biletlər ən azı 500 avroya təklif olunur. Ön sıralardakı yerlərin qiyməti 810–850 avro arasında dəyişir.

Futbolçuların meydana çıxdığı tunelin yaxınlığında yerləşən oturacaqların qiyməti isə 1300 avroya qədər yüksəlib.

Məlumata görə, azarkeşlərdən biri biletini 800 avroya satıb. Lakin alıcı əlavə ödənişlərlə birlikdə ümumilikdə 948 avro ödəyib.

Əlaqəli Xəbərlər