Hikmət Hacıyev almanlarla azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən sənədli filmi paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlarla azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən “Counterpoint” sənədli filmini paylaşıb.
Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, filmdə indiki Almaniyanın Baden-Vürtemberq ərazisindən Azərbaycana köçərək burada məskunlaşmış şvab ailələrinin tarixindən bəhs edir.
“Sənədli filmdə alman köçkünlərlə yerli azərbaycanlıların fərqli dinlərini, dillərini və ənənələrini qoruyaraq firavan icmalar qurması, eləcə də sovet repressiyaları, deportasiyalar və müharibənin bu ortaq tarixə təsiri əks olunur.
Film vasitəsilə almanlarla azərbaycanlıların birgəyaşayışından qalan irs, onun bu günədək qorunması və mədəni yaddaşın yaşadılması məsələləri nəsillərin nümayəndələri, tarixçilər və diplomatların fikirləri əsasında araşdırılır”, - deyə o, qeyd edib.
COUNTERPOINT DOCUMENTARY Counterpoint traces two centuries of #German-#Azerbaijani coexistence, beginning with Swabian families who left what is now Baden-Württemberg and established settlements in Azerbaijan. The documentary explores how German settlers and local Azerbaijanis built prosperous communities while preserving their different faiths, languages and traditions — before Soviet repression, deportations and war disrupted that shared history. Through descendants, historians and diplomats, the film examines what remains of that legacy today and how cultural memory has survived. YT (German): https://t.co/CwwdqI3K4j YT (English): https://t.co/5maI96jPvt
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 17, 2026