“Xetafe” Serxio Ramosu transfer etməyi planlaşdırır
“Xetafe” klubu sabiq “Real Madrid” müdafiəçisi Serxio Ramosu heyətinə qatmaqda maraqlıdır.
Operativ Media xəbər verir ki, klubun prezidenti Anxel Torres AS nəşrinə açıqlamasında 40 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqların aparıldığını bildirib.
Onun sözlərinə görə, Ramosun qardaşı və agenti bu məsələ ilə bağlı onunla danışıb. Klub rəhbəri ispaniyalı müdafiəçinin potensial transfer siyahısında yer aldığını və onun keçidinin mümkün olduğunu qeyd edib.
Bununla yanaşı, Torres baş məşqçi Xose Bordalasın hücumun cinahlarını gücləndirməyə üstünlük verdiyini vurğulayıb. Mütəxəssisin sərəncamında artıq altı təcrübəli mərkəz müdafiəçisi var.
Ramosun son klubu Meksikanın “Monterrey” komandası olub. O, 2026-cı ilin yanvarında bu klubdan ayrılıb. İspaniyalı futbolçu karyerası ərzində “Real Madrid”, “Sevilya” və PSJ-də çıxış edib.
Qeyd edək ki, “Xetafe”nin heyətində “Real Madrid”in sabiq kapitanı Dani Karvaxal da yer alır.