Menyu

Fransada etirazçılar "Marsel"in rəsmi mağazasını talan ediblər

Operativ Media
Fransada etirazçılar "Marsel"in rəsmi mağazasını talan ediblər
1 dəq oxu

“Marsel” futbol klubunun Kanebyer küçəsində yerləşən rəsmi mağazası talan edilib. Hadisə nəticəsində dəyən maddi ziyana görə mağazanın fəaliyyəti müvəqqəti dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Klub hadisəni pisləyərək zorakılıq və talançılıq hallarının qəbuledilməz olduğunu bildirib. Qeyd olunub ki, mağazaya ciddi maddi ziyan dəyib və bu səbəbdən obyekt müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanıb.

Bununla belə, azarkeşlər şəhərdəki digər rəsmi klub mağazalarından istifadə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. KİV-in məlumatına görə, aksiyalarda 500–800 min nəfər iştirak edib.

Əlaqəli Xəbərlər