Mourinyo: "Diomande mənə gənc Vinisiusu xatırladır"
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Yan Diomandenin oyununu şərh edib və gənc hücumçunu Vinisius Juniorla müqayisə edib.
Operativ Media xəbər verir ki, mütəxəssis İspaniya çempionatının IX turunda “Sevilya”ya qarşı keçirilən və 4:1 hesabı ilə başa çatan oyundan sonra futbolçunun inkişafı barədə danışıb.
Mourinyo bildirib ki, Diomande təhlükəli hücum mövqelərinə tez-tez daxil olsa da, həlledici anlarda soyuqqanlılıq çatışmazlığı yaşayır. Onun sözlərinə görə, futbolçu komanda yoldaşlarını görmək və düzgün qərar vermək üçün başını qaldırmağı öyrənməlidir.
“Diomande mənə Vinisiusun “Real Madrid”ə ilk gəldiyi vaxtları xatırladır. Üç il sonra Vinisius artıq yüksək səviyyəli futbolçuya çevrilmişdi”, – deyə Mourinyo vurğulayıb.
Qeyd edək ki, “Sevilya” ilə görüşdə 19 yaşlı fil dişili futbolçu bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Diomande 2026/27 mövsümündə “Real Madrid”in heyətində 11 matçda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.