İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib
İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib.
"Operativ Media" xəbər verir ki, məlumat İran İnsan Haqları (IHR) və "Ölüm cəzasına qarşı birlikdə" (ECPM) hesabatında dərc edilib.
Bu, 2021-ci ildə qeydə alınan rəqəmdən 75% çoxdur. Həmin vaxt 333 nəfər edam edilib. Bundan əlavə, bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Bununla belə, IHR hesabatında vurğulanır ki, bu, dəqiq rəqəm deyil, çünki iki fərqli mənbədən təsdiqlənə bilməyən edamlarla bağlı xəbərlər var.
582 edamın təxminən 88%-i və ya 511-i İran hakimiyyəti tərəfindən elan edilməyib.
Ən azı 288 edam (49%) qətl ittihamı ilə həyata keçirilib. Bu, son 15 ildə ən yüksək göstəricidir.
Ən azı 256 nəfər (44%) narkotiklə əlaqəli ittihamlarla edam edilib. 2021-ci ildə belə edamların sayı 126 (38%) olub.
Edam edilənlər arasında ən azı 16 qadın və üç azyaşlının olduğu da qeyd edilir.