"Mançester Yunayted" və "Liverpul" "Borussiya Dortmund"un futbolçusu ilə maraqlanır
“Mançester Yunayted” və “Liverpul” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeçanı heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Operativ Media "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” artıq 26 yaşlı alman futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Klub qış transfer pəncərəsi öncəsi mümkün variantları dəyərləndirir. “Liverpul” isə “Bornmut”un futbolçusu Aleks Skottun transferi baş tutmayacağı təqdirdə Nmeçanı alternativ kimi nəzərdən keçirir.
Hamburqda anadan olan Nmeça “Mançester Siti”nin akademiyasında 10 ildən çox vaxt keçirib. O, “Borussiya” ilə müqaviləsini 2030-cu ilin iyununa qədər uzadıb.
Dortmund klubu futbolçunu yanvarda satmağa müsbət yanaşmır. Məlumata görə, qış transfer pəncərəsində aktivləşdirilə bilən sərbəstqalma maddəsi mövcud deyil. 80 milyon avroluq satınalma bəndi isə yalnız 2027-ci ilin yayından qüvvəyə minəcək. Klubun hazırkı qiymətləndirməsi 90–99,9 milyon avro arasındadır.
“Borussiya”nın idman direktoru Ole Buk daha əvvəl Nmeçanın satışının son dərəcə az ehtimal olunduğunu bildirib.
Nmeça ilə “Mançester Yunayted” və “Liverpul”dan başqa, “Çelsi”, “Tottenhem”, “Nyukasl”, “Mançester Siti” və “Arsenal”ın da maraqlandığı bildirilir.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 47 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.