Menyu

Ruben Amorim “Milan” tarixində nadir göstəriciyə imza atıb

Operativ Media
Ruben Amorim “Milan” tarixində nadir göstəriciyə imza atıb
1 dəq oxu

“Milan”ın baş məşqçisi Ruben Amorim komandanın A Seriyasında ilk yeddi oyununda məğlub olmayan üçüncü mütəxəssis olub.

Operativ Media "Opta" statistika platformasına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Milan təmsilçisi 4 qələbə qazanıb və 3 heç-heçə edib.

Amorim 1963-cü ildə Luis Karnilyanın əldə etdiyi nəticəni təkrarlayıb. 1955-ci ildə Ektor Puriçellinin rəhbərliyi altında isə komanda ilk yeddi matçda 3 qələbə və 4 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, Ruben Amorim 2026-cı ilin iyununda Massimiliano Alleqrini əvəzləyərək “Milan”ın baş məşqçisi təyin olunub. O, yanvarda “Mançester Yunayted”dən ayrılıb.

“Milan” 7 turdan sonra topladığı 15 xalla İtaliya çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər