Laporta: “Futbolu Lamin Yamalsız təsəvvür etmək mümkün deyil”
“Barselona” klubunun prezidenti Joan Laporta Lamin Yamalın oyununu yüksək qiymətləndirib və futbolçunun 2031-ci ilə qədər uzadılan müqaviləsi barədə danışıb.
Operativ Media xəbər verir ki, Laporta bu fikirləri bu gün, oktyabrın 20-də keçiriləcək “Barselona” – PSJ matçından əvvəl səsləndirib. O, 19 yaşlı vingerin həm oyun tərzi, həm də düşüncə tərzi ilə seçildiyini bildirib.
“Laminin oyunu əsl tamaşadır. O, azarkeşlərə zövq verməyi bacaran futbolçulardandır. Lamin dahidir. Onun oyununda xüsusi sehr və baxımlılıq var. Söhbət təkcə oyun üslubundan deyil, həm də mentalitetindən gedir. Bu gün futbolu Laminsiz təsəvvür etmək mümkün deyil”, – deyə Laportanın sözlərini “L’Équipe” nəşri yayıb.
Klub prezidenti 2025-ci ilin yazında Yamalın müqaviləsinin 2031-ci ilə qədər uzadılmasına da münasibət bildirib. Onun sözlərinə görə, danışıqlar çox qısa müddətdə başa çatıb.
Laporta futbolçunun “La Masia” akademiyasının yetirməsi olduğunu və kluba bağlılığını xüsusi vurğulayıb. O qeyd edib ki, Yamal “Barselona”da debüt edəndə 15 yaşında olub, hazırda isə 19 yaşı var və artıq təcrübəli futbolçu sayıla bilər.
Yamal 2026/2027-ci illər mövsümündə “Barselona”nın heyətində 11 oyuna çıxıb, 9 qol vurub və 11 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu 2024-cü ildə Avropanın ən yaxşı gənc oyunçusuna verilən “Golden Boy” mükafatını qazanıb, 2025-ci ildə isə “Qızıl top” səsverməsini ikinci pillədə başa vurub.