Menyu

Dani Olmo “El-Klasiko”da iştirak edə bilməyəcək

Operativ Media
Dani Olmo “El-Klasiko”da iştirak edə bilməyəcək
1 dəq oxu

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo İspaniya La Liqasının X turunda “Real”a qarşı keçiriləcək matçda zədə səbəbindən iştirak edə bilməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Futbolçunun yaşıl meydanlara qayıdacağı tarix əlavə tibbi müayinələrdən sonra dəqiqləşəcək.

28 yaşlı ispaniyalı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda PSJ ilə keçirilən görüşdə (2:4) zədələnib. O, matçın 27-ci dəqiqəsində əvəzlənib. Dani Olmonun yerinə meydana Fermin Lopes daxil olub.

“Barselona” İspaniya çempionatında 9 oyundan topladığı 27 xalla liderdir. “Real” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.

Komandalar arasında qarşılaşma oktyabrın 25-də Barselonada keçiriləcək.

Əlaqəli Xəbərlər