Menyu

“Barselona” PSJ azarkeşlərinin bannerinə görə UEFA-ya şikayət edib

Operativ Media
“Barselona” PSJ azarkeşlərinin bannerinə görə UEFA-ya şikayət edib
1 dəq oxu

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda PSJ ilə keçirilən oyunda (2:4) azarkeşlərin açdığı bannerlə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Paris təmsilçisinin azarkeşləri qarşılaşmadan əvvəl tribunada “Paris qətliamı” yazılmış banner açıblar. Banner üzərində “13-cü cümə” film seriyasının personajı Ceyson Vurhisə bənzəyən maskalı şəxs təsvir olunub. PSJ forması geyinmiş həmin şəxs mişarla “Barselona”nın gerbini kəsirmiş kimi göstərilib.

Məlumata görə, Kataloniya klubunun nümayəndələri banneri təhqiramiz hesab edərək fasilə zamanı UEFA nümayəndəsinə şikayət təqdim ediblər. Həmçinin “Barselona” rəsmiləri kataloniyalıların ünvanına təhqiramiz ifadələr olan digər bannerlərin də tribunadan götürülməsini istəyiblər.

“Barselona” Çempionlar Liqasının əsas mərhələsində 6 xalla beşinci pillədə qərarlaşıb. Komanda IV turda noyabrın 3-də öz meydanında “Aston Villa” ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər