Menyu

Bernardo Silva "Real"ın tarixinə düşüb

Operativ Media
Bernardo Silva "Real"ın tarixinə düşüb
1 dəq oxu

Real”ın futbolçusu Bernardo Silva UEFA Çempionlar Liqasında klubun heyətində ilk qolunu vuraraq yeni rekorda imza atıb.

Operativ Media xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi turnirin əsas mərhələsinin üçüncü turunda “Leypsiq”lə keçirilən qarşılaşmanın 44-cü dəqiqəsində hesabı açıb.

Bernardo Silva 32 yaş 72 günlüyündə “Real”ın heyətində Çempionlar Liqasındakı ilk qolunu vuraraq buna nail olan ən yaşlı əcnəbi futbolçu kimi tarixə düşüb.

Əvvəlki rekord Rud van Nistelroya məxsus idi. Niderlandlı hücumçu 2006-cı ilin sentyabrında Kiyev “Dinamo”su ilə qarşılaşmada 30 yaş 87 günlüyündə Madrid klubunun heyətində Çempionlar Liqasındakı ilk qolunu vurmuşdu.

Qeyd edək ki, Bernardo Silva ötən yay “Mançester Siti”dən azad agent kimi İspaniya nəhənginə keçib. Portuqaliyalı futbolçu yeni klubunda ilk qolunu doqquzuncu oyununda vurub.

Əlaqəli Xəbərlər