Menyu

“Feyenoord” avrokuboklarda antirekordunu təkrarlayıb

Operativ Media
“Feyenoord” avrokuboklarda antirekordunu təkrarlayıb
1 dəq oxu

Niderlandın “Feyenoord” klubu UEFA bayrağı altında keçirilən turnirlərdə ardıcıl səkkizinci səfər məğlubiyyətini alıb.

Operativ Media xəbər verir ki, Rotterdam təmsilçisi oktyabrın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyada “Betis”ə 0:1 hesabı ilə uduzub.

Sevilyadakı görüşədək “Feyenoord”un ardıcıl yeddi səfər məğlubiyyəti klubun avrokuboklar tarixində ən uğursuz seriyasını təkrarlayırdı. Komanda 2008–2014-cü illərdə də eyni nəticə ilə üzləşmişdi. “Betis”lə oyundakı məğlubiyyət isə bu göstəricini klub tarixinin ən uzun mənfi seriyasına çevirib.

Qarşılaşmada yeganə qolu 59-cu dəqiqədə meydan sahiblərinin kapitanı İsko penaltidən vurub. İspaniyalı yarımmüdafiəçi bununla da “Betis” tarixində Çempionlar Liqasında ardıcıl iki oyunda qol vuran ilk futbolçu olub.

“Feyenoord” hesabı bərabərləşdirmək üçün imkanlar qazansa da, fürsətlərdən yararlana bilməyib. Civay Zehielin zərbəsi qapıdan yuxarı gedib. UEFA-nın məlumatına görə, Rotterdam təmsilçisinin Çempionlar Liqasındakı səfər oyunlarında qol vurmaq seriyası da “Betis”lə görüşdə başa çatıb.

Üç turdan sonra “Feyenoord”un aktivində 3 xal var. Niderland klubu ilk turda “Barselona”ya 1:5 hesabı ilə uduzub, ikinci turda isə doğma meydanda “Komo”nu 3:2 hesabı ilə məğlub edib.

Komanda növbəti Çempionlar Liqası matçını noyabrın 3-də evdə İtaliyanın “İnter” klubuna qarşı keçirəcək.

Əlaqəli Xəbərlər