Menyu

“Mançester Yunayted” Maykl Kerrikin əvəzinə Ed Hounu nəzərdən keçirir

Operativ Media
“Mançester Yunayted” Maykl Kerrikin əvəzinə Ed Hounu nəzərdən keçirir
1 dəq oxu

“Mançester Yunayted” baş məşqçi Maykl Kerrikin əvəzləyicisini axtarır. Namizədlər arasında “Nyukasl”ın sabiq çalışdırıcısı Ed Hounun əsas yer tutduğu bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Mənbənin məlumatına görə, klubun idman direktoru Ceyson Uilkoks 48 yaşlı ingiltərəli mütəxəssisin komandaya gətirilməsini dəstəkləyir. Hou iyulda “Nyukasl”dan ayrıldıqdan sonra işsizdir.

Təcrübəli mütəxəssis “Nyukasl”ı iki dəfə UEFA Çempionlar Liqasına çıxarıb və 2025-ci ildə komanda ilə İngiltərə Liqa Kubokunu qazanıb. Bununla da klubun 70 illik kubok həsrətinə son qoyub. Bildirilir ki, Hou məşqçiliyə qayıtmağa açıqdır və “Mançester Yunayted”ə rəhbərlik etmək təklifinə müsbət yanaşa bilər.

Maykl Kerrikin vəziyyətinin isə qeyri-müəyyən olduğu bildirilir. “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 11 oyundan cəmi iki qələbə qazanaraq 13-cü pillədə qərarlaşıb.

Bundan əlavə, komandanın kapitanı Bruno Fernandeş UEFA Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçinin taktikasını açıq şəkildə tənqid edib.

Kerrikin oktyabrın 25-də “Bornmut”la keçiriləcək oyunda vəzifəsində qalacağı gözlənilir. Lakin növbəti uğursuz nəticələrin onun komandadan ayrılması ilə nəticələnə biləcəyi qeyd olunur.

Əlaqəli Xəbərlər