Menyu

Gürcüstanda məktəbə silahlı hücum hazırlayan iki yeniyetmə saxlanılıb

Nicat Hüseynli
Gürcüstanda məktəbə silahlı hücum hazırlayan iki yeniyetmə saxlanılıb
1 dəq oxu

Gürcüstanda Tbilisidəki məktəblərdən birinə silahlı hücum planlaşdırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, yeniyetmələr aprel və may aylarında sosial şəbəkələrdə tanış olub, məktəbdə xaos yaratmaq və oradakı şəxslərə xəsarət yetirmək niyyətində olublar.

Onlara qarşı zorakılıq, əmlakın məhv edilməsi və silahdan istifadə ilə bağlı qrup hərəkətlərinə hazırlıq ittihamı irəli sürülüb. Şübhəliləri 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Əlaqəli Xəbərlər