Həftənin Xülasəsi - 18:00
Operativ Media
1 dəq oxu
19-25 oktyabr tarixləri ərzində baş verən əsas xəbərlər və gündəmin diqqətçəkən hadisələri.
Operativ Media “Həftənin Xülasəsi”ni təqdim edir:
- Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır.
- Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir.
- Prokurorluqda təyinatlar olub.
- Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib.
- Türkiyənin bir sıra vətəndaşları “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
- Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng edib.
- İlham Əliyev Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib.
- İlham Əliyev "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib.
- Prezident Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib.
- Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
- Yardımlıya yeni icra başçısı təyin edilib.
- Prezident startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb.
- İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib.
- İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib.
- Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır.
- İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.
Sorğu