Menyu

"Mançester Yunayted" "Everton"un müdafiəçisi ilə maraqlanır

Operativ Media
"Mançester Yunayted" "Everton"un müdafiəçisi ilə maraqlanır
1 dəq oxu

“Mançester Yunayted” “Everton”un müdafiəçisi Cared Brantveytlə maraqlanır və onu 2027-ci ildə müdafiə xəttinin yenidən qurulması üçün əsas namizədlərdən biri hesab edir.

Operativ Media xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. Bildirilib ki, zədələr səbəbindən bir müddət əvvəl optimal formasından uzaq düşən 24 yaşlı ingiltərəli futbolçu yenidən aparıcı klubların diqqət mərkəzinə düşüb.

“Mançester Yunayted” hələ 2024-cü ildə Brantveyti transfer etmək istəyib. Lakin “Everton” təxminən 42 və 54 milyon avroluq təklifləri qəbul etməyib.

Müdafiəçi daha sonra klubla müqaviləsini 2030-cu ilə qədər uzadıb. “Everton”un futbolçu üçün təxminən 100 milyon avro tələb etdiyi bildirilir. “Mançester Yunayted”lə yanaşı, “Liverpul” da Brantveytin xidmətində maraqlıdır. Klublar arasındakı rəqabət mümkün transferi daha da çətinləşdirir.

Brantveyt 2026/2027-ci illər mövsümündə İngiltərə çempionatında 7 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər