Menyu

Nazirlik: İranda köklü etnik azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

Operativ Media
Nazirlik: İranda köklü etnik azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
1 dəq oxu

"İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İran) Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur".

Operativ Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir:

"Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər".

Əlaqəli Xəbərlər