http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sülh yolunu minalayanlar - ŞƏRH

22 Aprel 2023 , 23:32
Sülh yolunu minalayanlar - ŞƏRH

Azərbaycanla Ermənistan arasında münaqişə, müharibə yolunu çoxdan salıblar. Bunu kim və ya hansı qüvvələr edib, ara-sıra müzakirə mövzusu olub. Uzun illər sülh yolunun sonuna çatmaq üçün Azərbaycan höküməti çalışıb. 30 ilə yaxın müddət isə az deyil. Səbrimiz var, gözləyirdik. Atəşkəs olsa da, hərbçilərimiz erməni təxribatının qurbanı olurdu. Ermənistan ordusunun hərbçiləri silahla da Azərbaycan ordusunun hərbi qulluqçularını güllə ilə vururdu, sursat (mina) basdırırdı. Yəni atəşkəsi də pozurdu. 2020-ci ildə Azərbaycan tarixi torpaqlarını azad etdi. Qarabağda ermənilər yaşadıqları yerdə də təxribatlarını davam etdirirlər. Azərbaycanın təminat, gediş-gəliş yollarına minalar düzürlər, atəş açırlar, faydalı qazıntı yataqlarını istismar edirlər və s.

Bir qanun var ki, mina, yalnız hərbi əməliyyatlar zamanı istifadə edilir. Atəşkəs şəraitində, dinc şəraitdə bundan istifadə etmək olmaz. Bunu edənlər isə Azərbaycanın və beynəlxalq hüququn normalarını pozur. Biz, 2020-ci il üçtərəfli bəyanatdan sonra erməni və ya onlara işləyən silahlıların mina təxribatı zamanı azərbaycanlı mülki insanların, jurnalistlərin, hərbi qulluqçuların, yenidənqurmada iştirak edən müxtəlif qurumların əməkdaşlarının erməni minasının qurbanı olduğunu və ya yaralandığını gördük. 

Bu açıq aşkar təxribatdır. Yeri gəlmişkən təxribat sözunün mənası “təxrib” yəni “cəm” deməkdir. Ermənilərin və ya erməni əlinə işləyənlərin etdiklərinin cəmi onların məhvinə bərabər olur. 2020-ci il, 2021-ci il, 2022-ci ildə Azərbaycan ordusunun cavab olaraq uğurlu əməliyyatlarından dərs çıxarmaq əvəzinə revanşist meyllər göstərmək bu günün reallığında özünü oda atmaqdır. Ermənilərin və onlara mina düzməkdə, atəş açmaqda düşəliş verənlər üçün Azərbaycanın və dünya hüquq sistemi mövcuddur. Məsuliyyəti olanların cəzası olacaq, sadaladığım kimi...

Samir Cabbarov - Operativ Media

OXŞAR XƏBƏRLƏR
Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

XƏBƏR LENTİ
  • 20:18

    Minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
  • 20:13

    Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"
  • 19:47

    İsrail İranın 14 gəmisinə hücum edib
  • 19:13

    Peter Siyarto Ermənistana səfər edəcək
  • 18:42

    İlham Zəkiyev bürünc medal qazanıb 
  • 18:19

    Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir
  • 17:41

    Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təklilərini Türkiyəyə təqdim edib
  • 17:13

    Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib
Menyu