XİN: Fransa birtərəfli mövqe sərgiləməklə sülh prosesinə mane olmamalıdır
Nərmin Qocamanlı
"Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatına dair şərhində deyib.
"Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır", - məlumatda deyilir.
Teqlər:
"XİN: Fransa birtərəfli mövqe sərgiləməklə sülh prosesinə mane olmamalıdır"