Rusiya XİN Azərbaycan və Ermənistanı üçtərəfli razılaşmaya əməl etməyə çağırıb
Nərmin Qocamanlı
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımlar qəbuledilməzdir
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Azərbaycan və Ermənistan arasında atəşkəs pozuntularının artdığını müşahidə edirik. Tərəfləri razılaşmaların icrasına çağırırıq", - deyə məlumatda qeyd edilib.
Məlumatda vurğulanıb ki, Rusiya tərəfi Ermənistan və Azərbaycana həm siyasi səviyyədə, həm də "yerdə" - sülhməramlıların komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır.
Teqlər:
"Rusiya XİN Azərbaycan və Ermənistanı üçtərəfli razılaşmaya əməl etməyə çağırıb"