Fransa aprelin 15-də Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (HDK) arasında başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini bağladığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın Sudandakı səfirliyinin növbəti xəbərdarlığa qədər bağlanacağı bildirilib.
Bəyanatda Səfirlik binasının Xartumda təxliyə edilənlərin toplanma yeri olmayacağı, səfirliyin fəaliyyətinin Parisdə davam etdiriləcəyi bildirilib.