Prezident İlham Əliyev Rumen Radevin dəvəti ilə Bolqarıstana səfər edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rumen Radevin dəvəti ilə bu gün Bolqarıstana səfər edəcək.
"Operativ Media" Bolqarıstan mediasına istinadən xəbər verir ki, ölkə başçıları Sofiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışında iştirak edəcəklər.
Bildirilir ki, Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Aİ-yə təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması üçün “Həmrəylik halqası” təşəbbüsü haqqında memorandum imzalanacaq.
Bu, Bolqarıstanın (Bulqartransqaz), Rumıniyanın (Transqaz), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) qaz nəqli sistemlərinin operatorları, habelə Azərbaycan Respublikasının dövlət neft şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqini nəzərdə tutur.
Sənəd Avropa İttifaqı və Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq üçün Bolqarıstan tərəfindən təklif edilən və Avropa Komissiyası tərəfindən dəstəklənən Solidarity Ring (STRING) birgə təşəbbüsü haqqındadır.
Memorandumu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov. Bolqarıstan Respublikasının energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Slovakiya Respublikasının iqtisadiyyat naziri Karel imzalayacaqlar.