Menyu

Səudiyyə Ərəbistanı 385 nəfəri Sudandan təxliyə edib

Nərmin Qocamanlı
Səudiyyə Ərəbistanı 385 nəfəri Sudandan təxliyə edib

Səudiyyə Ərəbistanı Sudandan ümumilikdə 385 nəfəri təxliyə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 10 Səudiyyə Ərəbistanı vətəndaşı və müxtəlif ölkələrdən 189 nəfər dəniz yolu ilə Ciddə limanına gətirilib.

Rəsmi açıqlamalara görə, aprelin 22-dən bəri Sudandan təxliyə edilənlərin ümumi sayı 385 nəfərə çatıb.

Vətəndaşları təxliyə edilən ölkələr arasında ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Qətər, Suriya,Niderland, İraq, Türkiyə, Tanzaniya, Livan,Cənubi Koreya və s kimi ölkələr də var.

Teqlər:

"Səudiyyə Ərəbistanı 385 nəfəri Sudandan təxliyə edib"

Əlaqəli Xəbərlər