Menyu

Deputat Vahid Əhmədovla bağlı nə baş verib?

Redaksiya 23831 baxış
Deputat Vahid Əhmədovla bağlı nə baş verib?

16 aprel tarixində bloqer Mehman Hüseynov öz yutub kanalında deputat Vahid Əhmədovla müsahibəsinin videosunu yayımlayıb.
    
"Operativ Media" xəbər verir ki, Vahid Əhmədovun Mehman Hüseynovun suallarını cavablandırması sosial şəbəkələrdə geniş yayılıb. 

Daha sonra deputatın fikirləri ilə bağlı onun həmkarları açıqlamalar veriblər və bu cür müsahibəni qəbuledilməz adlandırıblar. 

Deputat Fəzail Ağamalı iddia edib ki, bloqerin suallarının təsiri altına düşən həmkarı dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb.

Deputat Razi Nurullayev bildirib ki, Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə (Mehman Hüseynov nəzərdə tutulur) müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayır. 

Spikerin müavini Fəzail İbrahimli isə qeyd edib ki, əgər Vahid Əhmədov Milli Məclisi bəyənmirsə, burada oturmasın, mandatından imtina etsin. 

MM sədri Sahibə Qafarova məsələyə İntizam Komissiyasında baxılacağını bildirib. 

Vahid Əhmədov isə bildirib ki, bütün suallara cavab verməyə hazırdır. 
 

Teqlər:

"Deputat Vahid Əhmədovla bağlı baş verib?"

Əlaqəli Xəbərlər