Menyu

Ərdoğan Azərbaycan səfirini təltif edib

Nərmin Qocamanlı
Ərdoğan Azərbaycan səfirini təltif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə xidmətə görə” medalı ilə təltif edib.

"Operativ Media" Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib. 

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

Teqlər:

"Ərdoğan Azərbaycan səfirini təltif edib"

Əlaqəli Xəbərlər