Menyu

Paşinyan Şarl Mişelə zəng edib

Nərmin Qocamanlı
Paşinyan Şarl Mişelə zəng edib
1 dəq oxu

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

"Operativ Media" Ermənistanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, tərəflər regiondakı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Paşinyan Laçın yolundakı vəziyyət barədə məlumat verib. Həmçinin Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.

Əlaqəli Xəbərlər