Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub - YENİLƏNİB
Nərmin Qocamanlı
Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
"Operativ Media" xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
***
10:29
Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində bayraq qaldırılma mərasimi keçirilib.
"Operativ Media" xəbər verir ki, DSX hərbçiləri Ali Baş Komandana bayrağın ucaldılmasını məruzə ediblər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma