Menyu

Qazaxıstanın Baş naziri İrana səfər edib

Nərmin Qocamanlı
Qazaxıstanın Baş naziri İrana səfər edib
1 dəq oxu

Qazaxıstanın Baş naziri Əlixan Smailov İrana rəsmi səfərə gəlib.

"Operativ Media" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Baş nazirin İran prezidenti İbrahim Rəisi və birinci vitse-prezident Məhəmməd Moxberlə görüşü olacaq.

Qeyd edək ki, aprelin 24-dən aprelin 26-dək Qazaxıstanın İranda üçüncü ticarət-iqtisadi missiyası keçirilir.  

Burada qida, kimya, tikinti, yüngül sənaye və metallurgiya sənayesi məhsulları istehsal edən yerli istehsalçılar iştirak edirlər.

Əlaqəli Xəbərlər