http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov Litva XİN başçısının müavini ilə görüşüb

26 Aprel 2023 , 16:45
Ceyhun Bayramov Litva XİN başçısının müavini ilə görüşüb

26 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Litva arasında ikitərəfli səviyyədə siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, mədəniyyət, humanitar və s. sahələrdə, çoxtərəfli səviyyədə isə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən uğurlu layihələrin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər və təmasların əhəmiyyətindən bəhs edərək, siyasi məsləhətləşmələrin əlaqələrin daha da genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov, post‐münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyi qeyd edilib. Laçın-Xankəndi yolunda qeyri-qanuni fəliyyət barədə ətraflı məlumat verilərək, Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin şəffaflığı və təhlükəsizliyi təmin edəcəyi vurğulanıb. 

Görüşdə nazir müavini Mantas Adomenas, Litvanın Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Nazir müavini bölgədə sülh və təhlükəsizliyin təmin olunacağına inam ifadə edib, bu istiqamətdə Litva tərəfinin dəstəyə hazır olduğunu bildirib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu