"İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Bu hadisənin erməni mətbuatında təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək"-deyə bəyanatda bildirilir.