27.Aprel.2023, 14:30
Paris Bakı və İrəvanı bir-birinin ərazi bütövlüyünü tanımağa çağırır
"Paris Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini alqışlayır və onları bir-birinin ərazi bütövlüyünü tanımağa çağırır".
"Operativ Media" xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.