27 Aprel 2023, 14:47
Azərbaycan Prezidenti: Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yetirməyib
Azərbaycan Prezidenti: Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yetirməyib şəkil
Azərbaycan Prezidenti: Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yetirməyib

Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfəri çərçivəsində eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə söhbət əsnasında 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana beş prinsip təqdim etdiyini vurğulayıb.

Dövlətimizin başçısı 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini diqqətə çatdırıb.

Son xəbərlər
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb