Menyu

Akar: "Daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur"

Nərmin Qocamanlı
Akar: "Daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur"
1 dəq oxu

“Bu yaxınlarda Moskvada Rusiya, İran və Suriyadan olan həmkarlarımızla dörtərəfli müzakirə keçirdik”.

"Operativ Media"xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində bildirib.

O söyləyib ki, Türkiyənin prioriteti sərhədlərin təhlükəsizliyidir: “Bizim istəklərimiz qeyri-leqal deyil. Biz Moskvada bütün qonşularımızın suverenliyinə hörmət etdiyimizi bildirdik. Həmçinin dedik ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir. Yəni daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur”.

 

Əlaqəli Xəbərlər