http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Blinken İlham Əliyevə zəng edib - YENİLƏNİB

01 May 2023 , 00:27
Blinken İlham Əliyevə zəng edib - YENİLƏNİB

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

***

00:27

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media"  xəbər verir ki, bu barədə Blinken tviterdə məlumat yayıb. 

Bildirilib ki, Laçın yolundakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

XƏBƏR LENTİ
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Menyu