Menyu

Ermənistan BMT-də Rusiyanın təcavüzkar ölkə olmasına səs verib

Redaksiya
Ermənistan BMT-də Rusiyanın təcavüzkar ölkə olmasına səs verib
1 dəq oxu

Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib.

"Operativ Media"nın xəbərinə görə, Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyib, lakin sənəd 122 lehinə səslə qəbul edilib. 

Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib. Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıb. 

Azərbaycan səsvermədə iştirak etməyib.

Əlaqəli Xəbərlər