http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib

03 May 2023 , 11:19
İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın dövlət başçısı Andjey Dudaya təbrik məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

OXŞAR XƏBƏRLƏR
Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək

Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək

Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"

Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"

Gürcüstan baş naziri Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb

Gürcüstan baş naziri Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb

XƏBƏR LENTİ
  • 17:16

    Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək
  • 17:07

    Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
  • 17:02

    Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"
  • 16:54

    Gürcüstan baş naziri Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb
  • 16:53

    Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib
  • 16:48

    Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı
  • 16:44

    Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib
  • 16:35

    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
Menyu