İran Prezidenti İbrahim Rəisinin Suriyaya səfər edib.
"Operativ Media"nın xəbərinə görə, onu Dəməşq aeroportunda İran səfiri və Suriya rəsmiləri qarşılayıb.
Rəisi suriyalı həmkarı Bəşər Əsəd və digər rəsmilərlə görüşlər keçirəcək. Səfər zamanı Tehran və Dəməşq arasında iqtisadi, siyasi sənədlərin və memorandumların imzalanması planlaşdırılır. İki günlük səfər zamanı Rəisini prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, müdafiə naziri Məhəmmədrza Aştiani, neft naziri Cavad Oci və digər rəsmilər müşayiət edir.