Menyu

Aİ Rusiyaya çağırış edib

Nərmin Qocamanlı
Aİ Rusiyaya çağırış edib

Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

"Operativ Media"  xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

"Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Aİ Kiyevi silahla təmin edir və dəstəkləyir", - Borrell qeyd edib.

Onun sözlərinə görə, Rusiya hökuməti dünən pilotsuz uçuş aparatının (PUA) Kremlə baş vermiş hücumundan Ukraynadakı münaqişəni daha da gərginləşdirmək üçün istifadə etməməlidir.

“Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz həmin hücumun Ukraynaya qarşı daha Rusiya tərəfdən çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq”, - o, əlavə edib.

 

Teqlər:

"Aİ Rusiyaya çağırış edib"

Əlaqəli Xəbərlər